Şəhid Nurlan Nuruzadə

Şəhid Nurlan Nuruzadə

İnsanın ən dəyərli sərvətini – canını vətən uğrunda qurban verənlərə bizim borcumuz var. Onların valideynlərinin, övladlarının qəlbini sevindirmək bu itkini hiss etdirməmək kimi vəzifəmiz var artıq.
“Cığır” MDİD İB şəhadətə qovuşan daha bir əsgərimizin qapısını döydü. Nuruzadələrin böyük (6 övladı olan), mehriban ailələri ilə tanış olduq. Şəhidimiz Nuruzadə Nurlan Tofiq oğlu 2002-ci il təvəllüdlü idi. Nurlanın böyük arzuları var idi, o gələcəkdə doğma Sumqayıtında gözəl binalar tikmək istəyirdi. Anası xəstə olduğu üçün ailənin həmişə onun müalicəsi üçün maddi dəstəyə ehtiyacı olub. “Cığır” ananın əməliyyatı üçün 850 AZN toplayaraq dəstək olmuşdur. Nurlan çox zəhmətkeş və çalışqan olaraq kirayədə yaşayır, həmdə  böyük ailəsinə dəstək olmaq üçün atası ilə bərabər işləyirdi. Evin sonbeşiyi, çox gənc 18 yaşlı bir igid idi. Düşməndən torpaqlarımızın qisasını almaq eşqilə alovlanırdı. Füzuli uğrunda gedən döyüşlərdə düşmən gülləsi onu şəhadətə ucaltdı.  Bir gəncin adı əbədi olaraq şərəf dəftərinə qızıl hərflərlə yazıldı. Biz qəhrəmanlarımızla fəxr edirik!