“Gözəl düşüncə” layihəsində növbəti mövzumuz “Quranda və ədəbiyyatda Muhamməd (s.a.s.)” oldu.”

“Gözəl düşüncə” layihəsində növbəti mövzumuz “Quranda və ədəbiyyatda Muhamməd (s.a.s.)” oldu.”

“Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik!” ( Əzhab surəsi, 33:45)
17 yanvar 2020-ci il tarixində “Gözəl düşüncə” layihəsi Azərbaycan Dillər Universitetinin müəllimi Günel Ələkbərovanın təqdimatında “Quranda və Ədəbiyyatda Muhamməd (s.a.s) kimdir?” mövzusu ilə təfəkkür əhlinin görüşünə gəldi. Görüş əsnasında Muhamməd peyğəmbərlə bağlı Azərbaycan və Dünya Ədəbiyyatından olan əsərlərdən – Lev Tolstoy – “Həzrəti Muhamməd”, Xəlil Cibran – “Peyğəmbər”, Məhəmməd Füzuli – “Su qəsidəsi”, Hüseyn Cavid – “Peyğəmbər” əsərlərindən söhbət açılaraq Muhamməd peyğəmbərin ədəbiyyatdakı obrazından bəhs olundu. Yazılmış əsərlərdəki bir sıra maraqlı hissələrə toxunan təqdimatçı eyni zamanda Quranda peyğəmbərimizlə bağlı ayələrdən də söz açaraq iştirakçıları ayələr ətrafında təfəkkürə, axtarışa, düşünməyə dəvət etdi. Rəsulullahın “Mən hüznlərin peyğəmbəriyəm” kəlməsi ilə giriş edilərək Muhamməd (s.a.s)-in həyatı, dəvəti, ümmət üçün son nəfəsinədək təbliğ etdiyi sevgi əsərlərdən nümunələr əsasında dinləyicilərin qəlbini oxşadı. Daha sonra iştirakçıları maraqlandıran sual və mövzular ətrafında müzakirələr aparılaraq fikirlər söylənildi.