Zəfər doğru yolda olanlarındır!
Bu torpaq şəhidlərimizin qanı, xalqımızın əzmi ilə yenidən çiçəklənəcək.
Yenidən o torpaqlarda Azərbaycan muğamı səslənib, üçrəngli bayraq dalğalanacaq.
Zəfəri, sevinci şəhidlərimizin sayəsində yaşadıq.
Şəhidlərimizin əmanətlərinə sevgiylə, qayğışla yanaşmaq hər birimizin borcudur.
“Cığır” İB Ağdaş könüllüləri 06.12.2020 tarixində Ağdaş şəhidlərinin ailəsini ziyarət ediblər.
Hər ailənin başqa bir hekayəsi var idi.
Amma nəticə bir idi. Vətən uğrunda qəhrəmancasına canından keçən oğullar və onlarla fəxr edən valideynləri.
Şəhid Mustafayev Siyasət Akif oğlu
II Qarabağ müharibəsində Ağdaşın ilk şəhidi idi. Evin tək oğludur. Nişanlı idi. Müxtəlif ölkələrdə işləyirdi amma evdən uzaq olmasın deyə hərbidə işə başlayıb ki, həftədə bir dəfə də olsa gəlib valideynlərini görsün. Anası deyir ki, “O, hər dəfə evə gələndə onun şəkillərini çəkirdim, qucaqlayırdım. Elə bil ürəyimə damıbmış. Elə tez böyüdü ki, inana bilmirəm. Hələ də inanmıram. Evlənmirdi ki, “ana evimizi tikək, səni saraylarda yaşadacağam.” Sentyabrın 28-i siqnal səsləri gəldi. Ele bildim ki, oğlum qayıdıb, hamı onun üçün siqnal çalır. Hardan biləydim ki, evimizə şəhid gəlir.