Şəhid Mətləb Əkbərov

Şəhid Mətləb Əkbərov

Bu dəfə 19 yaşlı Mətləb Əkbərovun ailəsində olduq. Mətləb Əkbərov 21 yanvar 2001-ci ildə Siyəzən rayonunun Yenikənd kəndində dünyaya göz açmışdır. Məktəbi bitirdikdən sonra çox böyük həvəslə hərbi xidmətə yollanmışdır.

Atası Zülfüqar bəy deyir ki, hərbçi olmaq Mətləbin öz arzusu idi: “İşdə idim, zəng etdi ki, ərizə yazıb orduda qalacam. Sentyabrın 27-si başlanan müharibədə o da döyüşə yollandı və oktyabrın 9-u Füzulidə şəhid olması xəbəri gəldi. Hər zaman telefonla danışanda ürəyimizi sıxmamağımızı, qələbənin bizim olacağını, torpaqların qayıdacağını deyirdi”.

Mətləb uşaqlıqdan vətənpərvər olub. Direktoru bildirir ki, birinci sinfə gələn gündən hər gün dərsə gələndə bayrağı öpürdü.

Dostları bildirir ki, Mətləb orduda əlindən gələni əsirgəməyib, hər kəsə nə bacarırsa, köməklik göstərib.

Bu yaşda bu cür qəhrəmanlıqlar göstərib könülləri fəth edən şəhidimizlə qürur duyuruq. Allah rəhmət etsin.