Şəhid Mərdan Mehdizadə

Şəhid Mərdan Mehdizadə

“Cığır” MDİD İB şəhid Mərdan Mehdizadə Əhməd oğlunun evinə ziyarətə yola düşdü.

Qəhrəman şəhidimiz Mərdan Mehdizadənin ailəsi ilə tanış olduq. Onların gözlərinə baxanda fəxr hissi ruhumuzu bürüyürdü. Şəhidimizin xanımı onun ailəcanlı və övladlarına bağlı bir ata olduğunu söylədi. Şəhidimizin iki övladı var.

Haqqa şahid şəhidimiz Şəki rayonunda dəfn olunub.

Vətən uğrunda canından keçən igidimizin övladları  bizə əmanət qalıb.
  
Allah onların üzərimizdə olan haqqını unutdurmasın!