“Cığır” MDİD İB adından şəhid gizir Ağayev İlkin Tehran oğlunun ailəsi ilə yaxından tanış olduq.
Bizləri şəhidimizin həyat yoldaşı Günel xanım və 7 yaşlı qızı Ayan qarşıladı.
Şəhidimizin həyat yolundan, qəhrəmanlığından vətənpərvərliyindən və igidliyindən xanımı bizlərə bəhs etdi.
“Mən atamla fəxr edirəm, atam Azərbaycana görə getdi”- bu sözləri şəhidimizin 7 yaşlı qızı deyirdi.
Qəhrəman şəhidimizin ailəsinə Birliyimiz adından maddi və mənəvi olaraq daima şəhid ailələrinin yanında olduğumuzu bildirdik.