Torpaq uğrunda ölən varsa, Vətəndir.
İkinci Qarabağ müharibəsinin iştirakçılarından şəhadət zirvəsi nəsib olan növbəti qəhrəmanlarımızdan biri Həmidağa Hüseynzadənin ailəsini ziyarət etdik.
O, 1990-cı il avqustun 13-də Bakı şəhərində anadan olub. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır.
Həmidağa Hüseynzadə 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə yüksək fəallıq göstərmişdir.
Bacısı Xavər Kərimova şəhidimiz haqqında deyir: “Qardaşım Hərbi Akademiyada təhsil aldıqdan sonra Ehtiyat Zabit Hazırlığı kursları bazasında Silahlı Qüvvələrin təlim və tədris mərkəzində fəaliyyətə başlayıb.
Tovuz, Ağdam və Füzulidə ayrı-ayrı vaxtlarda xidmət edib. Qardaşım 2016-cı il Aprel döyüşlərində öz dəstəsi ilə birlikdə Lələtəpə yüksəkliyinin alınmasında böyük şücaət və qəhrəmanlıq göstərib.
Aprel döyüşlərindən sonra Prezident, Ali Baş Komandan onu müvafiq medallarla təltif edib. Qardaşım soyadını daşıdığı “Mixaylo” ləqəbli (Mehdi Hüseynzadə) döyüşçütək cəsarətli idi. Üzündə xal olduğuna görə, ermənilər onu “Xallı” adlandırırlarmış. Qardaşım həmişə müxtəlif vasitələrlə həmin xalı gizlədirdi ki, tanınmasın”.
Azərbaycan Ordusunun kapitanı olan Həmidağa Hüseynzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Döyüş yoldaşlarının dediyinə görə, o, qrupda öndə getmiş, Murov dağı yüksəkliyində bir neçə postu düşməndən təmizləmişdir.
Qəhrəman şəhidimiz Prezident İlham Əliyevin sərəncamına əsasən “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Önündə diz çöküb baş əyirik biz,
Can verib can verdin daşa, torpağa.
İndi ürəklərdir sənin Vətənin,
Döndün könüllərdə enməz bayrağa.
(Elxan Yurdoğlu)