Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz sırasında Silahlı Qüvvələrin baş leytenantı Valeh Bədəlov da var.
“Cığır” MDİD İB kollektivi adından şəhidimizin ailəsini ziyarət etdik.
O, 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olmuşdur. 1996-2007-ci illərdə R.Şabanov adına Aşağı Tala kəndi tam orta məktəbində təhsil almışdır. Ali təhsilini isə 2007-2012-ci illərdə Qafqaz Universitetinin “Filologiya” fakültəsi, “Azərbaycan dili və Ədəbiyyat müəllimliyi” ixtisası üzrə bitirmişdir.
2020-ci il sentyabrın 27-də Azərbaycan SQ tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində Murov dağı, Cəbrayıl, Xocavənd və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Valeh Bədəlov oktyabrın 7-də Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmanca şəhid olmuşdur.
Qəhrəman şəhidimizin 2 az yaşlı qızı və xanımı bizlərə əmanətdir.
Şəhidimizə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Prezident İlham Əliyevin sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Həmçinin Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidliyinə görə təltif olunmuşdur.
Səninlə fəxr edirik, Vətən fədakarı!