Şəhid Baş Leytenant Asif Kərimov

Şəhid Baş Leytenant Asif Kərimov

“CIĞIR” MDİD İB kollektivi olaraq növbəti şəhid ailəsi ilə görüşümüz hər birimizi riqqətə gətirdi.

Şəhidimizin səmimi, ünsiyyətcil xanımı Arzu və gözəl tərbiyəli övladları 7 yaşlı Gülay və 5 yaşlı Yusiflə tanışlıq bizə xoşbəxtliyin nə olduğunu anlatdı.

Vətən fədakarı Kərimov Asif Məmməd oğlu 1989-cu il martın 25-i Cəlilabad rayonunun Ləzran kəndində anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) təhsil almışdır.

Azərbaycan ordusunun Baş Leytenantı olan Asif Kərimov 2020-ci il sentyabrın 27-də başlanan ll Qarabağ müharibəsində Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mübarizlik göstərmiş, noyabrın 3-də Şuşa döyüşlərində şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidimiz Cəlilabad rayonunda  dəfn olunmuşdur.