“Sən də Fidanınla Yaşat Şəhid Adını !”

“Sən də Fidanınla Yaşat Şəhid Adını !”

“Qiyamətin qopduğunu görsən belə əlindəki son fidanı ək”. (Peyğəmbər s.ə.s)
“Ağacəkmə” layihəmizdə haqqa şahid olan 80 şəhid adına 80 fidanla meşəlik zolağı saldıq.
“Cığır” MDİD İB himayəsində olan əmanətlər və könüllülərimizlə yanaşı, şəhidlərimizin doğmaları da torpağın köksünə fidanlar sancdı.
Gənc könüllülərimiz hazırladıqları gül dibçəklərini şəhid ailələrinə hədiyyə edərək şəhidlərimizə öz ehtiramını bildirdilər, “xoşbəxtlik səbətindən” dua kağızlarını layihə iştirakçılarına təqdim etdilər.

Qeyd edək ki, layihəmiz silsilə şəkildə həyata keçiriləcək.