Şəhid mayor Rəhim Hüseynov

Şəhid mayor Rəhim Hüseynov

“CIĞIR” MDİD İB olaraq bu dəfə qəhrəman şəhidimiz Rəhim Hüseynovun ailəsində olduq.

Rəhim Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunun Gəlmə kəndində anadan olub.

Cəmşid Naxçıvanski adına Hərbi liseyi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib.

Motoatıcı taqım komandirliyindən tabor komandiri vəzifəsinədək yüksəlib. Bir çox inkişaf etmiş ölkələrdə beynəlxalq əhəmiyyətli kurslarda iştirak edib.

2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına qarşı başlayan Vətən müharibəsi zamanı mayor Rəhim Hüseynov komandiri olduğu taborun şəxsi heyəti ilə birlikdə işğal altında olan ərazilərin azad edilməsi uğrunda döyüşlərdə şəxsi qəhrəmanlıq və şücaət nümayiş etdirib.

2020-ci il oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhid mayorun 3 övladı bizlərə əmanətdir.

Şəhidimiz döyüşdə göstərdiyi qəhrəmanlığa görə çoxlu sayda medallarla təltif edilib.