“Cığır” MDİD İB Sumqayıt şəhərində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəbrayılov Elçin Surxay oğlunun ailəsini ziyarət etdi.
Şəhidimizin iki azyaşlı qız övladı ilə tanış olduq. Ürəyiaçıq, gülərüz, çox mehriban, qəhrəman atalarının əmanətləri onun çox diqqətli və qayğıkeş ata olduğunu bildirdilər.
Şəhidin anası oğlunun lap uşaqlıqdan çox bacarıqlı və ağıllı olduğundan, məktəbdə müəllimlərin onu çox sevdiyindən, vətənpərvərliyindən söhbət açdı.
Qonşulara, qohumlara böyük hörmət bəsləyən Elçin, tanımadığı bir insana da həmişə salam verirmiş.
Anasına çox bağlı olan şəhidimiz dostunun dediyinə görə hətta ürəyinə güllə dəyəndə bircə kəlmə: “Ay Ana” – deyib.
Səninlə fəxr edirik, haqqa şahid şəhidimiz!