“Cığır” İB ailəsi ilə şanlı zəfərin daha bir qəhrəmanlarından olan Mikayılzadə Mikayılın ailəsini ziyarət etdik.
Şəhid çavuş Mikayılzadə Mikayıl Vidadi oğlunun ailəsini yaxından tanımağa çalışdıq. Acılarına rəğmən anasının, bacısının, həyat yoldaşının üzündəki o fəxr hissini, gözlərindəki qələbənin sevincini görə bilirdik.
Evləri qəlbləri kimi isti və mehriban idi. Səmimi və içdən söhbət bizdə Rəhilə ananın simasında bütün qəhrəman analarına və yaxınlarına qarşı ülvi hisslər, səmimi duyğular yaratdı. Onların gözlərinə baxanda fəxr hissi ruhumuzu bürüyürdü.
Şəhidimizin anası oğlunun necə vətənpərvər və ailəcanlı olduğundan danışdı.
Mikayıl Mikayılzadə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb.
O, noyabrın 6-da Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Ruhun şad olsun, Vətən fədakarı!