Bu dəfə ziyarətimiz Sumqayıtdakı şəhid mayor Rahib Babayevin ailəsinə oldu. Qəlblərə hüzur verən səmimi söhbət igidlik məktəbinin əsas dərslərini anlatdı. 18 illik hərbi xidmətinin son 8 ilini gecəsini gündüzə, gündüzünü də gecəyə qatıb Murov dağı qorudu Vətən keşikçisi. Tabor komandiri kimi ll Vətən Müharibəsində böyük şücaət göstərib yaralanır, buna baxmayaraq, döyüş meydanında qalır və yaralı əsgər yoldaşlarına yardım edib döyüş meydanından onları çıxarır. 2-ci dəfə yenə yaralanan şəhidimiz bu dəfə Allahın yazdığı qədərin ən ali zirvəsinə ucalır- Şəhid olur.
Həyat yoldaşı “Adını qürurla daşıyacağıq. O, qəhrəman və vətənpərvər insan, ailəsinə qayğıkeş ata oldu” deyə fəxrlə Rahib Babayevi bizə tanıtdı.
Pozitiv, təqvalı bir insan kimi yaxınlarının xatirəsində iz qoydu əziz şəhidimiz.
Gül ətirli qızı atasının həkim olmaq arzusunu yerinə yetirməsi üçün yaxşı oxuyacaq və Vətənə layiqli övlad örnəyi olacağını bildirdi.
Polad Həşimovun komandalığından dərs alan şəhidimiz gənclərə nümunəvi, şərəfli bir yol örnəyi qoydu.
Bu yolda qürurla, sevgi ilə, salamla addımlayacağıq, çünki bu yol bizə şəhidlərimizdən qalan ən dəyərli mirasdır!