gənc olaraq qalsa da ruhu və qəlbləri böyüdü. Gənc demək xəzinə deməkdir.
Gənclik axtarışdır, gücdür.
Müharibə iştirakçıları və qazilərimiz 1 aydan çox davam edən müddət ərzində elə şeylərə şahid oldular ki, sürətlə böyüdülər. Cisimləri
Müharibədən çıxan xəzinələrimiz bu gün salam olub salam yayır, yaxşılıq olub yaxşılıq paylayır.
“Əziz gənclərimizin ümidindən biz də pay götürək” -deyə tanış olduğumuz növbəti qazimiz Qurbanov Əbülfətdir.
Əbülfət 2000-ci il 15 sentyabr anadan olmuşdur. O, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayır.
Əbülfət 2019-cu ildə Gəncədə hərbi xidmətə başlayıb. 44 günlük zəfərlə bitən Vətən müharibəsində layiqincə iştirak edib.O, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın istiqamətində olan döyüşlərdə böyük şücaət göstərmişdir.
Əbülfət Laçında gedən döyüşlərdə yaralanmışdır.
Onun sözlərinə əsasən, Laçında postda olarkən atılan minamyot nəticəsində yaralanmış və döyüş yoldaşları olan Musa və Arif tərəfindən döyüş bölgəsindən çıxarılaraq tibbi məntəqəyə göndərilmişdir.
Qazimizin sol və sağ ayağı yaralanmış, sol ayağının omba sümüyü, sağ ayağının isə dizdən aşağı hissəsi sınmışdır.
Qazilərimiz döyüşdən nə qədər bəhs etsə də, döyüş meydanlarında göstərdikləri hünər və cəsarəti əvəz etməyə sözlər yetməz. Onların göstərdiyi bu cür qəhrəmanlıq əsrlər boyu dillərdə dolaşacaq və heç vaxt unudulmayacaq.
Haqqınız ödənməzdir, Azərbaycan igidləri!