“Sağlam ruhlar”- könüllü tibb qolunun İyun ayı üzrə yekun hesabatı:
- 1 əmanət nevropatoloq müayinəsində oldu və dərmanla təmin edildi.
- 1 əmanət ortodont müayinəsində oldu və uzun müddətli müalicə yazıldı.
- 5 əmanət oftalmoloq müayinəsində oldu. Onlar eynək və dərmanla təmin edildi.
- 1 əmanət dermatoloq müayinəsində oldu və dərmanla təmin edildi.
- 3 əmanət 5 saylı uşaq xəstəxanasında, Uşaq Bərpa mərkəzində və Uşaq sanatoriyasında yatılı müalicə alaraq ehtiyacları təmin edildi. Müalicə müddəti ərzində vaxtaşırı könüllü xanımlar tərəfindən bişirilmiş yemək payı könüllü tələbələr vasitəsilə xəstəxanaya çatdırılıb.
- 1 əmanət rentgen müayinəsindən keçdi və karsetlə təmin edildi.
- 1 əmanət, 1 ana təkrar müalicə edilərək dərmanla təmin edildi.
- 1 əmanət Lor hospitalda Temporal Lobun KT müayinəsindən keçirildi və dərmanla təmin edildi.
- 1 əmanət müalicə alır və ona dərman alınmasında yardım edilir.
- 1 əmanət Stomatoloq, Nevropatoloq qəbulunda oldu və MRT müayinəsindən keçdi. Dişləri müalicə olundu.1 əmanət EEQ və Nevropatoloq müayinəsində oldu. Müalicə yazıldı.