“Salam Yurdu” TTM tərəfindən keçirilən “Yay məktəbi” proqramı

“Salam Yurdu” TTM tərəfindən keçirilən “Yay məktəbi” proqramı

“Salam Yurdu” təlim-tədris mərkəzi ibtidai və V-VII sinif şagirdləri üçün 2 həftəlik “Yay məktəbi” proqramını təşkil etdi.

Dərslər həftədə 3 dəfə olmaqla, 1-3-5-ci günlər, saat 10:00- 17:00 arası baş tutur.

Dərslərimiz və müəllimlərlə yaxından tanış olaq:

  • Rus dili – (1-4-cü sinif) 212 nömrəli tam orta məktəbin rus dili müəllimi Solmaz Qurbanova tərəfindən rus dili tədris olunur.
  • Riyaziyyat – (1-4-cü sinif) BMU məzunu və magistrantı Günel Abdulməcid və ibtidai sinif müəllimi İlahə Həşimli tərəfindən riyaziyyat və əyləncə birləşir. Riyaziyyat, riyazi texnikalar və bacarıqlar tədris olunur.
  • Nitq mədəniyyəti – (5-7-ci sinif) ADU Nitq mədəniyyəti və Azərbaycan dili müəllimi Günel Ələkbərova tərəfindən düzgün nəfəs alma texnikaları, nitqin qurulması və təqdimatı öyrədilir.
  • Mütaliə saatı – (5-7-ci sinif) ADU məzunu Nərmin Rzazadə tərəfindən uşaqlara bədii təfəkkür və dünyagörüşü zənginəşdirən mütaliə keçirilir, birlikdə maariflənərək faydalı müzakirələr edilir.
  • Master-klass – (1-7-ci sinif) yaradıcılıq bacarıqla birləşir!
  • Mərifət dərnəyi – (1-7-ci sinif) fil.ü. f. elmlər doktoru Yeganə Mirzəyeva ilə uşaqların mənəvi aləmini inkişaf etdirəcək mövzular müzakirə olunur, önəmli sosial bacarıqlar aşılanır.
  • İngilis dili – (1-7-ci sinif) Böyük Britaniyanın Edinburq Universitetinin məzunu Əminə Hüseynli, General English, İELTS müəllimi Xəyalə Əzizova, ADU məzunu Nərmin Rzazadə  tərəfindən xüsusi hazırlanmış dərs proqramı ilə uşaqlarda baza ingilis dili yaradılır.
  • Qrup terapiyası – (1-7-ci sinif) M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsi məzunları Leyla Məmiyeva və Səidə Naxmedova tərəfindən aparılan qrup terapiyalarında SBT (duyğularla tanışlıq və idarə olunması, Empatiyanın inkişafı və motivasiya) yönümlü həyata keçirilir.
  • Rəsm – (1-7-ci sinif) ADPU Rəssamlıq fakültəsi tələbəsi Nigar Soltanova tərəfindən uşaqlara rəngli xəyalları kağızların üzərinə köçürmə sənəti öyrədilir.
  • Nağıl saatı – (1-7-ci sinif) şəxsiyyətin formalaşması üçün ən önəmli faktorlardan sayılan nağıllarla uşaqlarda səbəb-nəticə, doğru-yalnış, xəyal aləmini zəngiləşdirməklə yanaşı, ilkin mütaliə vərdişləri, analiz, debat bacarıqları aşılanır. BDU Psixologiya müəllimi Gülnar Rüstəmova tərəfindən keçirilir.
  • Film/Cizgi film saatı – (1-7-ci sinif) pedaqoq və psixoloq heyəti tərəfindən analiz edilmiş, təsdiqlənmiş filmləri və cizgi filmlərini izləyir, əylənir, öyrənir və bölüşürük!  Müzakirələr Gülnar Rüstəmova, Yeganə Mirzəyeva və ADMİU Kinoşünaslıq məzunu İmdad Kərimli tərəfindən aparılır.
  • Mədəni gəzinti – (1-7-ci sinif) Məktəblilərlə birgə Mərdəkan Dendra Parka ekskursiya həyata keçirildi. Növbəti tarixlərdə baş tutacaq olan “Yay məktəbi” proqramımızda da başqa ekskusiya nəzərdə tutulur.

Uşaqlara professional müəllimlər tərəfindən keçirilən 2 həftə boyunca davam edən əyləncə və bilik dolu Yay məktəbində bütün paket 100 AZN təşkil etmişdir.

Ünvan : Binəqədi ray, Cəfər Xəndan küç., 26.

Əlaqə: 0773246122