Ata ilə fəxr edə bilərlər…
Qapını açan kimi ilk qarşımıza kiçik 5 yaşlı Ramal və 7 yaşlı Ayan çıxdı. Ramal: “Mən atamın davamçısı, polis olacağam. Atam kimi çox güclü olmaq istəyirəm.” Şəhid Elcan Məmmədovun hər 2 övladı bu gün onun arzusu ilə yaşayırlar. Sevimli valideynləri, ömrüm deyə çağırdığı həyat yoldaşı bizə leytenant Elcanın yüksək şəhid adına layiq olduğunu etiraf etdilər. Öz seçimilə ordumuza qulluq edərkən rəhbərlik etdiyi taborun sevimlisi idi. Əsgərlər və həmkarları Elcanı “sülhməramlı yoldaş” deyə çağırırdılar. Dostları, tanışları, qonşuları barışdıran və isti münasibət yaradan, həmişə doğru söyləyən, axırıncı qəpiyini bölüşən yoldaş idi.
Bir axşam ömrüm dediyi həyat yoldaşına : “Ömrüm, övladlarıma de ki mənimlə fəxr edə bilərlər…” Mən sizin qəhrəmanınızam.
Həmən günün səhəri Talış kəndi uğrunda gedən döyüşlərdə sevdiyi, həyatını örnək gördüyü general mayor Polad Həşimov kimi, o da şəhid olur.