Bakının qədim kəndlərindən birində, Məştağada yaşayırdı. Şəhidimiz Vətən müharibəmizin ilk günlərindən cəbhəyə yola düşmüşdü. Azərbaycan Texniki Universitetində təhsil alan şəhidimiz qrup yoldaşı ilə ailə qurmuşdur, sədaqətli həyat yoldaşı Aslandan, onun ədəb və mənəvi dünyasından ürək dolusu danışırdı. Yaş yarımlıq körpə oğlu Altayın əsl igid olaraq böyüməsini istəyirdi. Həyat yoldaşının əsgərlikdə çox gözəl təlim keçdiyinə əmin olduğu üçün onun sağ salim olacağına inamı hədsiz idi.
Aslan Rzayev çox bilikli, səriştəli idi, o, ailəsinə də qələbə hissini çox aşılayıb, özü də aslan kimi cəsurcasına sona qədər döyüşüb.
Əziz Altay balamız, sən hələ körpəsən və sadəcə atan üçün bizlər kimi darıxacaqsan…. Amma böyüyəndə damarlarında necə şərəfli insanın qanını daşıdığını mütləq biləcəksən. Bizlər sənin qan yaddaşının şahidləriyik.
Allahım canı ilə vətənə xidmət edən şahid şəhidlərimizin əmanətlərinə layiq olmağı bizə nəsib et.