Şəhid Kamran Kazımlı

Şəhid Kamran Kazımlı

Hərbçi olan Kamran polkovnik və müharibə veteranı olan atasından güc alıb. Əsgərliyi bitirdikdən sonra hərbi məktəb keçib və yüksəlib. Bir müddət Murov istiqamətində hərbi qulluqda olduqdan sonra Füzuliyə könüllü Xüsusi Təyinatlı Qüvvələrə qoşulur.
Atası fərəhlə danışırdı oğlundan. “Bu qədər illər vuruşdum, yaralandım. Şəhidlik məqamı oğluma qismətmiş, mənə yox.
Şəhidimiz atışma zamanı yaralanan yoldaşını xilas etmək üçün irəli atılır və bu zirvəyə ucalır.
Şəhidimiz Kamran bizim üçün əsl dostluq və fədakarlıq məktəbidir.
Şəhidimiz Kamran millətimizə Ərtoğrul, Aydan və dünyaya göz açmağı gözləyən Alparslan kimi əmanətlər qoydu.
Şəhid əmanətləri  qürurlu baxışları ilə qəlbimizdə cığır açır. Həkim olmağı arzu edən Aydan niyə məhz həkim sualına “faydalı olmaq üçün” cavabını verdi…
Hər Şəhid qapısını döyərkən başımızı qaldırıb  bayrağımıza baxırdıq. Küləyin dalğalandırdığı 3 rəngli bayrağımızın “pır-pır” səsi necə də azad quşların qanad səsinə bənzəyirdi…
Xocalıda əyilmiş boynumuzu qaldırdılar şəhidlərimiz. Həyatları ilə şərəfimizi təmizləyir haqqa şahid şəhidlər…