Şəhid XTQ Kapitanı Veysəl Musibov

Şəhid XTQ Kapitanı Veysəl Musibov

“Cığır” MDİD İB adından haqq müharibəsinin növbəti qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Veysəl Musibovun ailəsini ziyarət etdik.
Şəhidimiz Veysəl Murov yüksəkliyinin azad olunmasında, Cəbrayıl və Füzuli döyüşlərində fəal iştirak edib.
Oktyabrın 7-də Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.
“İnsan olmaq önəmlidir”,- deyərək ailəsinə daima tövsiyələr edən şəhidimizin ziyarətimizdə necə gözəl ailəsinin olduğuna, anasının mərdliyinə, xanımının 2 yaşlı oğlu Yaduda və 4 yaşlı qızı Nilaya necə gözəl vətənpərvər ruhda tərbiyə verdiyinə şahid olduq.