“Gözəl düşüncə” lahiyəsində növbəti mövzumuz “Marketing və Quranda israf” oldu

“Gözəl düşüncə” lahiyəsində növbəti mövzumuz “Marketing və Quranda israf” oldu

Bu həftə “Gözəl Düşüncə” layihəsi bizləri “Marketing və Quranda israf” mövzusu üzərində təfəkkürə dəvət etdi. Mövzu üzrə çıxış edən Bakı Dövlət Universiteti Sosial iş ixtisası tələbəsi və “Cığır” İB könüllüsü Gülşən Rəhimli əmanətlərimiz və könüllü tələbələrimizi vahid elmin qanunu üzərindən kəşfə çıxardı.
Bildiyimiz kimi, hazırki dönəmdə önəmli mövqe tutan marketinqin – bazar fəaliyyətinin bir sıra kommunikasiya, informasiya vasitələri yəni reklam, piyar ictimaiyyətlə əlaqələr kimi növləri vardır.
Mövzu üzərində təfəkkür edərkən təqdimatçı bildirdi ki, bəşər övladı yaradıldığı andan natamamlıq hissi ilə yaşayır və tamamlanmağa gərək duyur.
Həmçinin aydınlıq gətirdi ki, tamamlanmaq üzrə kəşfə çıxan insan axtarış əsnasında süni şəkildə onu tamamlayan vasitələrlə qarşılaşır ki, bunlardan biri də hər saniyə qarşımıza çıxan reklamlardır.
İstehsal olunacaq malı satışa çıxarmaq və satışda xərclənən vəsaiti ödəməli olan mallar reklam vasitəsilə insanlara öncədən nümayiş etdirilir.
Reklam nümayişinin məqsədi məhsulu alıcının onu gördükdə ona ehtiyacı varmış kimi hiss etdirərək süni tələbat yaratmaqdır.
Dövrümüzdəki marketinqin tam şəffaflığa yönəlmədiyini qeyd edən könüllümüz bizlərə əxlaqı ilə nümunə olan Rəsulumuzun ticarətlə məşğul olduğu halda bu yöndən də doğruluğu və siddiqliyi ilə nümunə olduğundan söhbət açdı.
Daha sonra dinləyiciləri düşündürən suallara cavab verildi və qarşılıqlı diskussiya aparıldı.

Rəsulumuzun ümməti olaraq borcumuzdur ki, nəfsimiz üzərində iradəni ələ alaraq israfa, yalana yol vermədən insanları tələbatı olan malları almalarına yönləndirək.