Şəhid Kapitan Həmidağa Hüseynzadə

Şəhid Kapitan Həmidağa Hüseynzadə

“Cığır” mənəvi dəyərlərin inkişafı ictimai birliyi olaraq gənclərimizin əsl xəzinə olduğuna şahid oluruq. Ana Vətənimizin gözəl gəncləri ilə tanış olduqca gələcəyə inam və qürurla baxırıq. 1990-cı il təvəllüdlü peşəkar hərbçi, kəşfiyyatçı, çox saylı diplom, medalların sahibi, olduqca zəkalı və gözəl qəlbli şəhid kapitan H. Hüseynzadənin ailəsini ziyarət etdik. Kapitan Murov dağının azad olunması uğrunda gedən döyüşlərdə düşmən tərəfindən snayperlə vurulmuşdur. Döyüşlərdə göstərdiyi şücaətə görə Dövlət başçımızın sərəncamına əsasən, ordenlə təltif olunub. Qüsursuz xidmətləri və dərin bilgiləri kapitan Hüseynzadənin adını qızıl hərflərlə tariximizə hifz etdi. Onun ailəsinə sədaqətli oğul və sadiq həyat yoldaşı, körpə 3 aylıq qızına isə yeni atalıq vəzifəsinə keçən valideyin kimi əvəz olunmaz insan olduğunu bildirsək də eyni zamanda etiraf etməliyik ki, belə övladı, yoldaşı, atası olan ailə əbədi olaraq kapitan Həmidağa Hüseynzadə ilə fəxr edə bilərlər.