Şəhid İlkin Zülfiqarov

Şəhid İlkin Zülfiqarov

Şəhidimiz Naiqin vəfalı həyat yoldaşı Əfsanə xanımı həyat yoldaşının şəhadətindən 5 gün sonra daha bir imtahan gözləyirdi…
Varis övlad.
Ağsu rayonunda 1989-cu ildə anadan olan Zülfiqarov İlkin Nurəddin oğlu Naiq Ələkbərovun qaynıdır. Onlar həm qohum, həm də yaxın dostdurlar. Hər ikisi kəşfiyyatçı idi, hər ikisi Azərbaycan Tibb Universitetini bitirmişdi. İlkin həmişə hərbçi olmaq arzusunda olmuşdur. Əsgərlikdən sonra isə özü üçün ixtisasını tam qərarlaşdırır. Cəbrayıl rayonunda 9 oktyabr tarixində şəhadətə qovuşan İlkinin ata-anası ilə görüşəndə onlara yalnız siz qəhrəman yetişdirən vəlilərin indi də qızınız Əfsanənin əmanətlərini qürurlu, vüqarlı duruşla qəhrəman ruhunda yetişdirməyə dəstək olmağınıza dua etdik. İlkin ailə qurmağı çatdırmasa da, əminik ki, azad olunan torpaqlarda doğulan hər Azərbaycan övladı onun varisləri olacaq.
Zəkəriyya a.s. “Ey Rəbbim, mənə Öz qatından varis övlad ver.” duası məhz Zəkəriyyanın şəhid oğlu Yayha kimi bizim gənc subay şəhidlərimizə də aiddir.