44 günlük Qarabağ döyüşlərində iştirak edən könüllümüz Yavuz Rüstəmov təxris olundu.

44 günlük Qarabağ döyüşlərində iştirak edən könüllümüz Yavuz Rüstəmov təxris olundu.

44 günlük Vətən müharibəsində Haqq uğrunda qəhrəmanca vuruşan, möhtəşəm Zəfərin könüllü savaşçısı, eyni zamanda “Cığır” İB-nin könüllüsü və “Cığır”ın nəzdində fəaliyyət göstərən “Mülk” alış-veriş mərkəzinin satış meneceri Yavuz bu gün ordu sıralarından təxris olunub. Könüllümüz Qazax, Tovuz, Ağstafa, Daşkəsən, Kəlbəcər, Gəncə istiqamətində gedən döyüşlərin iştirakçısı olmuş, “Kəlbəcərin azad olmasına görə” medalı ilə təltif edilmişdir.
Qəlbi daim əmanət uşaqların sosial rifahınının yaxşılaşdırılması üçün döyünən və bu missiyanı duaları ilə səngərlərə qədər daşıyan könüllümüz Vətənimizin ləyaqətli övladlarından olmaqla gənclərin timsalında hər birimizə fədakarlıq, mərhəmət, xeyirxahlıq, yüksək əzm dəyərləri aşılayır. Daim “Mülk” üçün yeniliklər düşünən, sosial şəbəkələrdə “Mülk”ü ən gözəl şəkildə tanıtmağa, insanları xeyrə dəvət etməyə can atan könüllümüz Vətənə qələbə ilə qayıtmaq sevincini də bu gün məhz zəhmətini, sevgisini, ürəyini qoyduğu “Mülk” mərkəzinin önündə qürurla, fərəhlə “Cığır” ailəsi ilə bərabər qutlayır.
“Cığır” ailəmizin vətənpərvər, igid, rəşadətli könüllü Əsgəri ilə fəxr edirik! Gəlişin mübarək olsun!