Qazi Musa Cavadlı

Qazi Musa Cavadlı

“Cığır” MDİD İB qazilərlə silsilə görüşlərə davam edir.
Bu dəfəki görüşümüzdə Vətənin keşiyində duran, rifahını başqalarının rifahı üçün qurban verən Qazimiz Cavadlı Musa ilə tanış olduq.
2020-ci il yanvarın 16-sı Tərtərə həqiqi hərbi xidmətə yollanan 1999-cu il təvəllüdlü Musa oktyabrın 22-si snayper atəşi nəticəsində ağır yaralanaraq qazi olmuşdur.
O, Quru qoşunlarda fəaliyyət göstərən əsgərdir.
İki dəfə yaralanan Musanın əməliyyat nəticəsində bağırsağı kəsilərək götürülmüşdür. Qabırğasında sınıqların olması da onu tez-tez ağrıdır.
İlk yaralanmasında döyüş meydanından çəkilməyərək yanıq yarasını elə oradaca bağlayaraq müalicə etməsi onun necə cəsur və igid olduğundan xəbər verir.
Qazimizin 4 dəfə əməliyyat olunması həkimlərin onun sağ qalmasına dair ümidlərini qırsa da Musa həyata yenidən tutunmağı bacarır.
Musanın qardaşı Hüseyn də qəlpə yarası almağına rəğmən müalicə olunaraq yenidən cəbhəyə qayıtmışdır.
Musagil 23 ildir ki, kirayədə qalır və maddi sıxıntıları var.
Ailənin oğullarının ikisinin də Vətən uğrunda belə qəhrəmancasına xidmət etməsi onların necə də vətənpərvər olduqlarından xəbər verir. Qazilərimizə diqqət və qayğı hər birimizin maddi-mənəvi borcudur.