Şəhid Polkovnik-leytenant Elzamin Təhməzov

Şəhid Polkovnik-leytenant Elzamin Təhməzov

Diyar-diyar gəzərək qəhrəmanlıq dastanlarını dinləmək mənəvi ruhumuza
həzinlik bəxş edir.

Sizə qəhrəmanlıq dastanlarını qələmimizlə çatdırmaqdan şərəf duyuruq.

“Tanrı bizə Laçına, Şuşaya ayaq basmağı nəsib etsin”– deyən şəhid
Elzamin Təhməzov və onun qəhrəmanlıq hekayəsi ilə tanış olduq.

Şəhidimizin xanımı bizimlə qəhrəmanımızın mübarizlik hekayəsini bölüşdü.
İgid Elzamini daha yaxından tanımağı səbirlə gözləyir və onun haqqında
danışılan söhbətləri milli ruh yüksəkliyi ilə dinləyirdik.
Bərdə rayonunun Şirvanlı kəndi 1979-cu il oktyabrın 26-da gələcəyin
qəhrəman övladını qucağına alır. Bu övlad ona verilən gözəl ailə
tərbiyəsi, vətən sevgisi ilə özünə həyat yolu olaraq h

ərb sənətini
seçir. Haqqı qoruya-qoruya şanlı ordumuzun polkovnik-leytenantı
rütbəsinə yiyələnir.

Təhməzov Elzamin 23 illik hərbi fəaliyyəti dövründə daim
torpaqlarımızın azad olunması uğrunda çalışır.
Bu illər sevgi, sədaqət, mübarizə və şücaət ifadələrinin toplusudurmu?
Bəli, T. Elzamin bu milli dəyərlərimizi öz ruhunda daşıyan, daim
dirildən bəxtiyar insan idi.
İllərdir Vətənin keşiyində şərəf və ləyaqətlə durduğu və bu
fəaliyyətini fədakarlıqla tamamladığı 23 illik həyat hekayəsi salam
yayırdı, işıq saçırdı dinləyən qəlbimizə.

Ömür-gün yoldaşı Günay xanım Elzaminin daim vətən eşqi ilə
yaşadığını gözlərində təcəssüm edən məğrurluqla dilə gətirirdi.

Oktyabrın 29-da Talış istiqamətində gedən  döyüşlər zamanı şəhid
olur igidlik nümunəsi Təhməzov.
Şəhidimizin 9 və 14 yaşında iki gül qız övladı var. Onların gələcəyin
ziyalı, əxlaqlı, mərd xanımı və anası olacağına qəlbdən inanırıq və
buna görə xoşbəxtik.

Şəhidin həyatını dinlədikcə bir ömürlük həyat dərsi ilə qarşılaşdıq.
Ən çox sevdiyi fənni dinləyən şagird kimi idik. Təhməzovun həyatından
aldığımız sevgini qəlbimizdə hiss edərək “yol bizi gözlər”- deyib
mətanətli, zəhmətkeş xanımı ilə sağollaşdıq

Ümid edirik ki, gənc nəsil bu cür qəhrəmanları örnək götürərək
vətəninə, millətinə, cəmiyyətinə faydalı olmağa cəhd edəcək və bu
yolda qətiyyətlə mübarizə aparacaq.

Elzamin şəhidin mübarizlik, ədalət və fədakarlıq tarixçəsi
isə həyat cığırımızı genişlədəcək.