“Mülk” xeyriyyə alış-veriş mərkəzinin açılışı keçirildi.

“Mülk” xeyriyyə alış-veriş mərkəzinin açılışı keçirildi.

Azərbaycanda bir ilk olan-“Mülk”xeyriyyə alış-veriş mərkəzi qapılarını xeyirsevərlərin üzünə açdı.
2 gün keçirilən açılış mərasimində əmanətlərimiz açıq havada keçirilən tədbiri bədii hissə ilə açaraq bütün xeyir adına gələn insanları bir araya topladılar. Açılışda rəsmi qonaqlar, şəhid xanımları, tələbələr və xeyirsevərlər sevə-sevə iştirak etdi.
“Cığır” MDİD İB sədri Yeganə Mirzəyeva tədbirin rəsmi hissəsində bütün qonaqları salamladı və çıxış üçün sözü şəhid xanımlarına verdi.
“Mülk” AVM açılışında balacadan böyüyə qatqısı olan hərkəs fərəhini, qürur və coşqusunu, ümid və arzularını “Xudayar təsnifi”, “Yaşa Azərbaycan” sədaları, birlik, güc simvolu yallı ətrafında paylaşdı.
Çiçəklənən Azərbaycanın gələcəyinin yeni qurucuları olaraq başqalarına ilham olmaq, yeni xeyir körpülərinin qurulması adına çalışmaq başlıca missiyamıza dönüşdü.
Növbənöv satış məhsulları, “Cığır” birliyinin özəl brendləri alıcıların xüsusi marağına səbəb oldu, “Mülk” AVM -nin açılış lentinin məhz əmanət uşaqlarımız tərəfindən kəsilməsi ümidlərimizin, xəyallarımızın gerçəyə dönüşümünün bir simvoluna çevrildi. 
Mağazamız alıcıların istək və zövqlərinə uyğun geniş çeşidli məhsulların satışı ilə yanaşı digər sosial layihələrimizin məhsullarının satışının təqdimatını keçirdi. Bu layihələr:
  • “Amber Soap” əllə hazırlanan təbii sabunlar ;
  • “Maidə Textile” dul qadınların məşğulluğunun artırılmasını hədəfləyən tikiş emalatxanasının geyim, süfrə və yataq dəstləri;
  • “Maidə Textile” tikiş emalatxanasının dul xanımlardan ibarət dərzi heyətinin könüllü tikdiyi eko çantalarımız;
  • Könüllü xanımların maksimal gigiyenik şəraitində sevgi və dua ilə bükdükləri düşbərələr;
  • “Zəhmətsevər” layihəsi- dul analarımızın müxtəlif qış tədarüklərinin satışına yardım edilməsi
Mağazanın gəliri atası dünyasını dəyişmiş uşaqların və dul qadınların təhsil, səhiyyə, mədəni-maarif və digər ehtiyaclarının qarşılanmasına yönəlir və həyata keçirilən layihələr izləyici və alıcılarımızla mütəmadi bölüşülür.
Gənclərin Həmrəyliyi İctimai Birliyi gəncləri ilə öz təcrübələrimizi bölüşmək və onların gələcək fəaliyyətində yanlarında olduğumuzu ifadə etmək görüşümüzə yeni ilhamlar qatdı.
Bu iki gündə bizimlə bərabər olan hər bir kəsə təşəkkür edir, bu xeyir cığırında uzun yollar qət edəcəyimizə qəlbimizlə inanırıq.