“Cığır”MDİD İB I Gəncə kitab sərgisində iştirak etdi.

“Cığır”MDİD İB I Gəncə kitab sərgisində iştirak etdi.

Ölkəmizdə artıq möhtəşəm bir ənənəyə çevrilən kitab festivallarında “Cığır” İB uğurla iştirak etdi.

Bu dəfəki səfərimiz Nizami yurdu, mədəniyyət və gənclər şəhərinə idi. 1-ci kitab sərgisi Gəncə sakinlərinin sevincinə sevinc, həyəcanımıza həyəcan qatdı.

Paytaxtdan axın edən mötəbər qonaqlar, ziyalılar, ədəbiyyat və incəsənət xadimləri, Gəncə İcra Hakimiyyəti nümayəndəliyi, Mənəvi Dəyərlər Fondu işçiləri, ANİB, Cavad Xan Tarix və Mədəniyyət Fondu rəhbərliyi, Gəncə Maarif Evi İctimai birliyi, teatrşünas Anar Burcaliyev, dizayner Rəsul Həsən, Gəncə maarif evi, Gəncə şəhər icra hakimiyyəti, Füyuzat jurnalının rəhbərliyi, Qadın sosial sahibkarlıq birliyi, Orxan Şahbazov, Samux MKS rəhbəri, “Cığır” birliyinin təqdim etdiyi sosial sahibkarlıq layihələri – “Amber soap”, “Maidə tekstil”, Eko çantalar; “Təfəkkür cığırı”, “Qiraət və təbiət”, “Yetim Quran işığında”, “Könüllülük könül işidir”, “Övladıma məktub” və digər nəşrlərimizlə yaxından tanış olur, ata himayəsindən məhrum əmanətlərimizin qayğıları ilə maraqlanır, abituriyentlərin təhsil təqaüdünün toplanması istiqamətində söhbətlər aparılır.

Birliyimiz adından “Kitab evim”, “Fabula”, “Alatoran”, “Teas Press, “Çinar”, “Libra”, “Qanun”, “İdiot”, “Çapar”, “Bookzone”, “İpəkyolu”, “Parlaq İmzalar”, “Ağıllı Bala” “Mimta” yayınları “RM” nəşriyyat evlərinə “Könüllülük könül işidir” kitabımız hədiyyə edildi.

Bununla yanaşı sərgidə təşkil edilən “Qarabağa kitabla gedirik!” layihəsinə imzalı “Könüllülük könül işidir” kitabımız bağışlanıldı.

3 gün ərzində davam edən bu təntənəli kitab bayramında ölkənin ziyalı təbəqəsinin bir məqsəd uğruna çalışdığına şahid olduq. I Gəncə kitab sərgisinin cəmiyyətimizin sağlam təməllər üzərində yetişməsinə töfhəsini verdiyinə böyük inam və ümid bəsləyirik.
Sərginin təşkilatçılarına növbəti fəaliyyətlərində müvəffəqiyyətlər diləyirik.