“Cığır” İB ll Qarabağ müharibəsində şəhid olan igidlərin ailələrini ziyarət edib onların bizlərə əmanət qoyduqları övladlarına, analarına və xanımlarına xeyirsevər vətənpərvərlər adından dərin hörmət, minnətdarlığımızı bildiririk.
Hər görüş qürur və fəxr hissi ilə bərabər bizə bu ziyarətlərin nə qədər vacib və önəmli olduğunu da göstərir. Ailələrin ünsiyyətlə təskinliyə, bir sözlə mənəvi dəstəyə çox ehtiyac duyduğunu hiss etdik. Xüsusən də, “Cığır” şəhid mərd, güclü, qeyrətli oğullar yetişdirən şəhid anaları ilə layihə irəli sürdü.
Şəhid analarına təskinlik verərək onların cəmiyyətə, gələcək nəsillərə zəngin təcrübəsindən yararlanmaqla öz həyatlarını yaxşılaşdırmaq, daha mənalı və dolğun etmələrinə yardım etməkdir.
Bu layihədə görüşdüyümüz ilk ailə şəhid Elmaz Hacıyevin anası Siyafət xanım oldu. Qəhrəmanımızın anası çox zəhmətkeş, bacarıqlı qadındır. Gəlinini və nəvələrini ürəkdən sevir. Oğlunun yoxluğu ananı daha mərdanə edib. O, çalışır ki, nəvələri və gəlini özlərini tək hiss etməsinlər. Göz yaşlarını belə onlara göstərməyərək pərvanətək başlarına dolanır. Ana şəhidimizin vətənpərvərliyindən, övladları arasında çox bacarıqlı olmasından ağız dolusu danışdı. “Cığır” gözəl anamıza onunla fəxr etdiyini bildirdi.