“İgidə savaş bayramdır” deyir türkmən ata sözləri. Bəli, biz bunun canlı şahidiyik. “Cığır” İB-nin igidlərimizin bayramı olan II Vətən müharibəsində iştirak etmiş növbəti qazi qonağı Bağıri Bəhruz Mövsüm oğludur.
1990-cı il avqustun 31-i Sumqayıt şəhərində anadan olmuş qəhrəmanımız 2011-ci ildə həqiqi hərbi xidmətini bitirdikdən sonra 2020-ci il oktyabrın 10-u qismən səfərbərliklə ordu sıralarına könüllü olaraq çağırılmış və Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə mərdliklə vuruşmuşdur.
Noyabr ayının 4-ü minamyotun 3 metr yaxınlığında partlaması nəticəsində qapalı beyin kəllə travması və sol sifət nahiyəsinin kəsiyi, eləcə də boyun fəqərəsinin yer dəyişməsi xəsarəti almış qazimiz 24 dekabr tarixində Müzəffər Ordunun Ali Baş Komandanı Cənab Prezident İlham Əliyev tərəfindən “Şəxsi İgidlik və Şücaətə görə” ,”Cəbrayılın azad olunmasına görə medalı”ilə təltif olunmuşdur.
“Elə anlar yaşadıq ki, bu dünya tarixində, bəlkə də, yeganə döyüş idi və Vətənimiz uğrunda ölümə gülə-gülə getməyə hazır idik. Bütün döyüş yoldaşlarımı salamlayır və demək istəyirəm ki, bizlər, həqiqətən də, Qəhrəman xalqın, Qəhrəman övladlarıyıq”. Bəli, əziz qazimiz, sizlər qəhrəman xalqın mərd övladlarısınız ki, güc birliyimizlə düşmən üzərində qələbə çalıb haqqa girilmiş qəlbləri şad etdiniz.