Haqq uğrunda can verənlər əsla unudulmaz. İkinci Qarabağ müharibəsində adını qəlblərimizə həkk edən şəhidlərimizin xatirələri hər gün yad edilir.
20 iyul tarixində şəhidimiz, baş leytenant Qasımov Şöhrət Şakir oğlunun doğum günü keçirildi. Bu münasibətlə şəhidin anım günü Sumqayıt Şəhidlər Xiyabanında qeyd olundu.
Şəhidimizin xatirəsinə həsr olunmuş xüsusi gündə milli kimliyimizi xatırladıq. Onun vətənə əmanət oğlunun əsgər geyimində dediyi şeir insanların qəlbində sədalanırdı.
Eyni zamanda Qasımov Şöhrət Şakir oğlunun adına bulaq açılışı oldu. Bu gözəl gün tədbirə gəlmiş insanlar üçün ehsan süfrəsinin verilməsi ilə sona çatdı.
Ruhun şad olsun, Vətən fədakarı!