Şəhid baş leytenant Arif Abbaslı

Şəhid baş leytenant Arif Abbaslı

Qaranlıqda işıq…
“Cığır”ın növbəti tanış olduğu qəhrəman Naxçıvanda MR Qıvraq qəsəbəsində doğulmuş 1993- il təvəllüdlü baş leytenant Abbaslı Arif oldu. Məktəbdə həmişə yaxşı oxuyan Arifin anası onu həkim görmək istəyirdi. Amma o, yalnız hərbçi olmaq istəyirdi və israrla istəyinə nail oldu. Əvvəl H.Əliyev adına Hərbi Liseyi bitirib sonra uğurla Azərbaycan Ali Hərbi Məktəbi (AAHM) bitirib. Son illər qrup komandiri kimi  çalışmışdır. Arif sanki adının mənasını həyatına təcəlli etmişdi. Səbirli, təmkinli olduğu kimi də çox savadlı və dərin bilgilərə malik  olaraq o, tabor üzrə təlim aparır, topoqrafiyanı, kartoqrafiyanı gözəl bilirdi. Çoxsaylı diplom və təltifnamələrlə mükafatlanmışdı. Ən böyük  arzularından biri isə şəhid olmaq idi. Bu istəyinə də israrla gedirdi. Kəşfiyyatçı olaraq hər zaman öndə əsgər yoldaşlarını qələbəyə dəstəkləyirdi.12.09.2020-ci ildə Füzulidə snayper gülləsilə  vurularaq şəhid olur, bu istəyinə də nail olan Arif ikinci Fəxri xiyabanda Polad Həşimovla bir olmaq arzusuna da çatıb. Onun bir yaşlı qızı Ləman ilk sözünü -“Dədə” atası müharibəyə gedəndən sonra balaca barmağını şəkilə uzadaraq deyir. Ləman adını seçən Arif, yəqin ki, adın mənası “qaranlıqda işıq” olduğunu nəzərə alaraq sevimli qızının müharibəsiz dünyamıza bir işıq olmasını istəyirdi.