Şəhid Baş Gizir Vüsal İsmayılov

Şəhid Baş Gizir Vüsal İsmayılov

“Cığır” MDİD İB olaraq növbəti qəhrəmanımız -Oğuz rayonunun Xalxal kəndindən olan şəhidimiz Vüsal İsmayılovun ailəsini ziyarət etdik.

Qəhrəmanımızın ailəsi öz geniş qəlbləri ilə qapılarını üzümüzə açdı.

20 illik hərbi xidmətdə olan baş gizir Vüsal İsmayılov Füzuli rayonunda şəhidlik zirvəsinə ucalıb.

Şəhidimizin ailə üzvləri – anası, qardaşı, həyat yoldaşı qəhrəmanımızın igidliyindən qürurla danışırdılar. Şəhidimiz müharibə başlayan kimi qardaşından onu aparmasını xahiş edib.

Döyüş yoldaşlarının danışdığına görə müharibə vaxtı qorxmadan, böyük şövqlə irəli gedir və əsgərlərini də torpaqlarımızın azad olunması üçün igidliklə vuruşmağa ruhlandırırdı. Öndə olan yaralıları öz maşını ilə arxaya daşıyıb, özü yenidən ön cəbhəyə qayıdırdı.

Şəhidimizin bizə əmanət qoyduğu 3 övladı var.
Fəxrlə atasının şəkillərini bizə göstərən, atasının simasını sanki özündə daşıyan böyük oğlu İbrahim deyirdi: “Mən də atam kimi qəhrəman olacam”.

Şəhidimiz yaşamı, qəhrəmanlığı ilə sadəcə 3 övladına deyil, millətinin övladlarına da ən gözəl həyat nümunəsini qoymuşdur. Bu gözəl həyat nümunəsini yaşatmalı, gələcək nəsillərə ötürməliyik.

Vətən fədakarı, səninlə fəxr edirik!