Şəhid Abid Məmmədov

Şəhid Abid Məmmədov

Bu dəfəki görüşümüz Şəhid Abid Məmmədovun ailəsi ilə baş tutdu.
Abid Məmmədov 4 aprel 1994-cü ildə Oğuz rayonunun Dəymədərə kəndində anadan olub.

Oktyabrın 4-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.

Abid ata-anaya xoş münasibətdə seçilən övlad, həmçinin gözəl həyat yoldaşı idi. Dünya malında gözü olmamış, çox sadə və təvazökar, nümunəvi vətəndaş olmuşdur.

Şəxsi şücaəti və igidliyinə görə ölümündən sonra “Vətən uğrunda”“Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhidin yolunu davam etdirən Əli adlı oğlu bizlərə əmanətdir.

Qəhrəman şəhidimiz, şəhadətin mübarəkdir!