26 aprel tarixində “Salam Yurdu” TTM-nin yenidən fəaliyyətə başlaması münasibətilə açılış tədbiri keçirildi. Tədbir Birliyimizin təsisçisi Yeganə Mirzəyevanın çıxışı ilə başladı. Daha sonra könüllülərin təqdim etdiyi pantomim səhnəcik izlənildi və iştirakçılar “Salam Yurdu” ilə bağlı xatirələrini və düşüncələrini bölüşdülər. Ardınca “Salam Yurdu” TTM-nin müəllimi İranə xanım çıxış edərək layihənin gələcək fəaliyyəti barədə fikirlərini bildirdi. Tədbir çərçivəsində “Salam Yurdu”nun əvvəlki fəaliyyətlərini əks etdirən videoçarx nümayiş olundu və könüllü müəllimlərin çıxışları dinlənildi. Sonda isə səmimi çay süfrəsi ətrafında tədbir iştirakçıları bir araya gələrək günün xoş anlarını bölüşdülər.









