“Salam Yurdu” TTM könüllü müəllimləri ilə onlayn görüş keçirildi.

“Salam Yurdu” TTM könüllü müəllimləri ilə onlayn görüş keçirildi.

Martın 19-u “Cığır” MDİD İB-nin 6, 7, 8 və 9-cu sinifləri əhatə edən təhsil qolu ilə bağlı onlayn iclas keçirildi.
İclasda “Cığır” İB-nin “Salam yurdu” təlim-tədris mərkəzinin rəhbəri Günel Abdulməcid, ADU Azərbaycan Dilçiliyi kaf.müəllimi Günel Ələkbərova və könüllü müəllimlərin birgə iştirakı ilə təhsil qoluna dair müzakirələr aparıldı.
Yeni könüllü müəllimlər təhsil qolunun iş və fəaliyyət prinsipləri ilə yaxından tanış oldular. Bundan əlavə, onlayn dərs prosesində yaranan bir sıra problemlərin aradan qaldırılması ilə bağlı tövsiyə və təkliflər irəli sürüldü.