Qazi Rüstəm Qurbanov

Qazi Rüstəm Qurbanov

İnsan üçün ən dəyərli sərvət öz canıdır. Xalqımız üçün candan daha əziz bir sərvət var ki, o da Vətəndir, onun uğrunda şəhidlik və qazilikdir.
Azərbaycanın igid oğullarından Qurbanov Rüstəm 28 noyabr 2001-ci ildə anadan olmuşdur.
Kiçik yaşlarından öz qoçaqlığı, igidliyi, Vətən sevgisi ilə həmyaşıdlarından seçilən Rüstəm orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Xidmətinin 9-cu ayında – ll Qarabağ müharibəsində baş verən döyüşlərdə iştirak etmişdir.
30 sentyabr Tərtərin Çaylı kəndində aparılan döyüşlərdə yaralı əsgər yoldaşlarını xilas edən zaman bədəninin müxtəlif hissələrindən, həmçinin çənəsindən də qəlpə yaraları almışdır. Nəticədə sağ ayağının baldır nahiyəsində böyük ölçüdə sümük və yumşaq toxuma deffekti əmələ gəlmişdir.
Sol bud sümüyündə təqribi 10-15 sm spiralvari sınıq, sağ və sol qolunda qəlpə yaraları, əllərində hissiyyat zəifliyi vardır, çətinliklə hərəkət etdirir. 3 barmağını tamamilə hiss etmir, digər barmaqlarını isə sərbəst hərəkət etdirə bilmir. Çənəsindəki qəlpə yaralanması əməliyyatdan sonra nisbətən düzəlsə də, hazırda dişlərinin yarıdan çoxu yararsızdır.
Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
Biz Vətən naminə ölsək, dirilərdən diriyik.
(B.Vahabzadə)