Hər gün Ramazana özəl “Cığır” ailəmizin balaca əmanətləri ilə edilən iftar görüşlərimizin bugünki mövzusu insan münasibətlərinin səmərəliliyini təşkil edən “Psixoloji biliklər” in müzakirəsi idi. Sevimlilərimizlə aparılan psixoloji testlər nəticəsində onların hansı temprament tipinə mənsub olmalarını öyrəndik,həmçinin, stimul verici sözlərin özünəinama təsiri barəsində faydalı söhbətlər apardıq. Qazanılan biliklər əsasında uşaqlarımıza növbəti müzakirə üçün “İradə” mövzusunu tapşırıq verdik. Beləliklə, müqəddəs günlərdə birlikdə maariflənir, Öyrədərək Öyrənirik!
Hər Ramazanı əmanətlərinə özəl görüşlər hazırlayan “Cığır” bu Ramazanda da gözəllik axtarışına çıxdı.