“Qurandan məktub var -14”

“Qurandan məktub var -14”

“Biz küləkləri dölləndirici olaraq göndərdik və göysən su endirdik. Beləcə sizə su içirdik. Onu yığıb saxlayan da siz deyilsiz.” (Hicr, 22)

Həyatımız boyu hamımızın şahid olduğu,çoxumuz üçün adi hadisə olan küləklər əmələ gəlməsi, təsiri və nəticəsi ilə Allahın bir çox hikmətlə yaratdığı böyük nemətdir.

Havadan ağır olduğu halda tez düşməyən nəmlərin, ilahi qanuna görə yağış halında yağması üçün əvvəlcə küləklərlə bir araya gətirilib yoğunlaşır, sonra isə uca Allahın istədiyi yerə göndərib yağdırdığı və ayədə həyatı bir diriliş vəsiləsi olduğunun fiziki bir tablosu sərgilənir. Burada olduğu kimi, ölüləri diriltməsi də Onun üçün çox asandır.
Möminlər havadakı dağınıq buludlar kimi dayanmayıb, iman küləkləri ilə bir araya gəlib yoğunlaşarsa, o zaman bir yağış və yenidən diriliş olacaq mesajını verir sanki.
Küləklər Allahın müəyyən etdiyi ölçüdən sürətli əssə, daima fırtınalar meydana gələrdi. Xüsusilə, tropik qurşaqda rast gəlinən və sürəti saatda bir neçə yüz kilometrə çatan spiralvari hava hərəkətləri formasındakı tayfunlar məhvedici təsiri ilə böyük zərərlərə səbəb ola bilər.
Küləklər müəyyən ölçüdə əsməsəydi, sərinlədici deyil, dondurucu soyuq və ya səhralarda əsən “xəmsin”,”sirokko” küləkləri kimi isti-quraq ola bilərdi. Hər iki halda,bitkilər yaşaya bilməz, bitkilər aləminin olmaması isə, bütün canlılar aləminin məhvinə səbəb olardı.
Qurani-Kərimin bəzi ayələri elə küləklərə işarə edir ki, döyüşlərin bəzisində möminlərə küləklər yardım etmişdir. Məsələn,bu ayədə oxuyuruq:
“Ey iman gətirənlər, (Əhzab döyüşündə) qoşunlar sizə üz tutduqları zaman Allahın sizə olan nemətini yada salın! Biz onların üzərinə (soyuq və güclü) külək və sizin görmədiyiniz(mələklərdən ibarət) qoşunlar göndərdik. Hər zaman Allah etdiklərinizi görəndir”. (“Əhzab” 9)

Bu küləyin sürəti o qədər çox idi ki, xeymələrin(tayfa) iplərini qırmışdı. Bəziləri, bu küləkləri “viranedici bəla” adlandırmışdılar. Allah Təala bu külək vasitəsilə möminlərə yardım etmişdir. Bəziləri bu küləyə “səba” adını vermişdilər. Bu küləklər adi küləklər deyildi. Bu, Allahın qeybi, yardımı idi. Bu küləyin əsdiyi yerdə müsəlmanların ordusu da qərar tuturdu.Düşmənlə onların arasında bir xəndək qədər fasilə vardı. Buna baxmayaraq, külək🌪️ ancaq düşmənə ziyan vururdu. Müsəlmanlar bu küləkdən zərrə ziyan görməmişlər.
Bəzi təfsirçilər deyir ki, bu külək əslində Allahın görünməyən ordusudur. Çünki Allahın görünməyən orduları vardır.
Quranın digər ayəsində küləklərin mayalandırma (tozlandırma) xüsusiyyətinə və bunun nəticəsində yağışın meydana gəlməsinə diqqət çəkilir:

“Biz küləkləri dölləndirici olaraq göndərdik və göysən su endirdik. Beləcə sizə su içirdik. Onu yığıb saxlayan da siz deyilsiz.” (Hicr, 22)

Ayədə diqqətimiz yağışın meydana gəlməsində ilk mərhələ rolunu oynayan küləklər olmasına cəlb edilir. Halbuki, XX əsrin ortalarına qədər belə təsəvvür olunurdu ki, yağışın yağması ilə külək arasında yeganə bir əlaqə varsa, o da küləyin buludu qovmasıdır. Müasir dövrdə aparılan metereoloji tədqiqatlar isə, sübuta yetirdi ki, küləklər yağışın əmələ gəlməsində tozlandırıcı rol oynayır.
Burada mühim olan məsələ küləklərin yağışın əmələ gəlməsindəki rolunun Quranda hələ əsrlərlə bundan əvvəl izah olunmasıdır. Həm də, bunun insanların təbiət hadisələri haqqında demək olar ki, heç bir şey bilmədikləri bir dövrdə baş verməsidir…

Ayədə küləklərin tozlandırıcı xüsusiyyətə malik olmasına dair verilən xəbərdə,həmçinin,küləklərin bitkilərin mayalanmasındakı rolundan danışılır. Yer üzündəki əksər bitkilər tozcuqlarını külək vasitəsilə yayaraq öz növlərinin çoxalmasını təmin edirlər.
Dünya alimləri tərəfindən isə, yalnız bitkilərin də erkək və dişi olmaqla cins fərqinə malik olması faktı üzə çıxarılandan sonra küləklərin belə mayalandırıcı təsirinin mövcudluğu aşkarlandı. Halbuki, bu həqiqət Quranın “Biz göydən yağış yağdırdıq və yerdə hər cütdən bir bitki yetişdirdik.” (“Loğman” surəsi, 31/10) ayəsi ilə təsbit olunmuşdur.
Külək əsərkən dua etməyi unutmayaq:
Allahım,Səndən küləyin xeyirini,onda olanın xeyirini,onunla göndərilmiş hər şeyin xeyirini diləyirəm. Onun şərindən, onda olanın şərindən, onunla göndərilmiş hər şeyin şərindən Sənə sığınıram.

6 thoughts on ““Qurandan məktub var -14”

  1. MaseAllah sevirem sizi gencler Allah sayinizi coxaltsin ve size Onun razi qalacagi isler ucun cox cox cox ilham versin mehz bu genclik bizi Allahin izni ile isiqli geleceye goture biler

  2. İnsan özünü,Yaradanını tanıması üçün oxuya bilməlidi.Nəyi və necə oxumalı?!Düşünürəm ki,Allahın yaratdıqlarını təfəkkür edərkən,oxuma mexanizmi işə düşər…Allah ilk “oxu”ayəsini yaşamağı bizlərə nəsib etsin.

Leave a Reply