Fəaliyyətə başladığımız ilk illərdən bəri ehtiyaclı ailələrə davamlı və stabil dəstəyin şəxsi təsərrüfatın formalaşdırılması olduğunu düşündüyümüz üçün bir neçə ailəmizə inək və ya toyuq alınması layihəsi ilə dəstək olmuşuq. Hazırda əsası tələbə könüllülərdən ibarət “Sağlam ruhlar” tibb qolumuz layihənin icrasına davam edir.
Lazımi məbləğin toplanması üçün Ramazan bayramında kücə satışları, ianə toplanma kompaniyası və ikinci əl kitab satışı həyata keçirilərək 2 inək üçün lazımi məbləğ toplandı.
Ailələrə dəstəklə bərabər, Ramazan sevinci yaşatmağa müvəffəq olduq.
Başqa ailələri də sevindirmək niyyətilə layihəmizi davam etdiririk.