Ramazan bayramında Bakıda da fitrə boğçalarını sahiblərinə çatdırdıq.

Ramazan bayramında Bakıda da fitrə boğçalarını sahiblərinə çatdırdıq.

Ramazan bayramı sevincini əmanətlərlə birgə yaşayan “Cığır” ailəsi olaraq Bakı daxili rayonlarda da sevimli balalarımızın qəlbini şad etməyə niyyətləndik.
“Mülk” mağazamızda səmimi dualarla hazırlanan fitrə boğçalarımızı Suraxanı, Əmircan, Bülbülə, Ramanı, Hövsan qəsəbələri üzrə sahiblərinə çatdırdıq.
Qapısını döydüyümüz hər ailədə əmanətlərimizin sevincinə, xoşbəxtliyinə şahid olur, onlara paylaşmaq, bayramlaşmaq kimi mənəvi dəyərlərimizi aşılayırıq.
Ruhumuzu sevinc hissi ilə saran bu sevgi dolu günləri əmanət ailələrlə yaşamaq hər birimiz üçün ən dəyərli nemətdir.
Onların həssas və qayğılı baxışlarını gördükdə bir duyğu bürüyür içimizi- Qoy rəng dolu, ümid dolu, sevinc dolu əmanət qəlbi sarsın bu dünyanı.