“Gözəl düşüncə” layihəsində bu dəfə mövzumuz “Quran və biologiya” oldu.

“Gözəl düşüncə” layihəsində bu dəfə mövzumuz “Quran və biologiya” oldu.

“Gözəl Düşüncə” bu həftə dinləyicilərini hansı maraqlı və düşündürücü mövzu ilə kəşf yolçuluğuna çıxaracaq?- deyə düşünərkən sevimli layihəmiz diqqətləri “O yaratdığı hər şeyi ən gözəl yaratdı” (Əl-Səcdə, 7) ayəsi ilə “Quran və Biologiya”ya yönəltdi.
Aylar öncə müzakirəsində cəm olduğumuz bu mövzunu bu dəfə Bakı Mühəndislik Universitetinin Biologiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbəsi Rüstəmli Fatimənin təqdimatında yenidən və bir o qədər fərqli təfəkkür etdik.
Gənc tələbəmiz çıxışının əvvəlində Qurani-Kərimin bilik mənbəyi olduğundan və müasirliyini heç zaman itirməyən möcüzəviliyindən söhbət açaraq mübarək kitab haqqında düşüncələrimizi yenilədi.
Bir sıra ayələrə istinad edən təqdimatçımız Nəhl surəsinə toxunaraq Quran və biologiyanın əlaqəsi, insan yaradılışının fiziologiyası, arılar haqqında məlumat verdi.
Maarifləndirici görüşümüzdən bir daha anladıq ki, yer üzündə incə və nizamlı yaradılışa malik olan bütün varlıqlarda Uca Allahın təcəllisi vardır.
Tələbəmizin dolğun və sadə dillə təqdim etdiyi bilgi dolu bu görüş biologiya ilə varlıq kitabının sintezini daha yaxından öyrənməyimizin vacibliyini xatırladı.
Bu baxımdan “Gözəl düşüncə” layihəmizin gənclər və tələbələrin maariflənməsi və araşdırma/təqdimat bacarıqlarının inkişafına töhfəsi xüsusilə qeyd olunmalıdır.
Ümid varıq ki, hər bir təfəkkürsevərimiz bu dəyərli mövzu haqqında yenidən araşdırma aparacaq, kəşflər aləmində hər bir şeyin muazzam yaradılışa sahib olduğuna və onda mükaşiflər üçün ibrətlər olduğuna bələd olacaqdır.