Qazi Şahin Rəhimov

Qazi Şahin Rəhimov

Üçrəngli bayrağı uca zirvələrə canları bahasına qaldıran qəhrəmanlara salam olsun!
Bu igidlərimizdən biri də qazi Rəhimov Şahin Əkbər oğludur. 1991-ci ildə Sumqayıtda anadan olan Şahin müharibə başlayanda asma xəstəsi və 5 uşaq atası olmağına baxmayaraq, könüllü cəbhəyə yollanıb.
Hərbi vəzifəsi radist olsa da, Şahin bölüm və tağım komandirləri şəhid olduqdan sonra heyətə rəhbərlik edib.
Şəxsi heyəti qorumaq üçün onlara “geri çəkil” əmri verib, özü isə neytral zonada yaralı olaraq qalıb. Xocavənddə minamyot dalğası nəticəsində hər iki qulağından qan açılan Şahini Biləsuvar hospitalına çatdırsalar da, ərizə yazaraq yenidən döyüşə yollanıb.
Döyüş başlayandan bitənə kimi döyüş meydanında olan qazimizin bir qulağı eşitmir, ayağında qəlpə yarası var və dalğa nəticəsində sinirləri zədələnib.
Şahin deyir ki, “Döyüş gedəndə biz namaz qılanları qoruyurduq ki, ibadətlərini etsinlər.”
Yataqxanada kirayə yaşayan Şahini xeyirsevər insanlar yeni kirayə evə köçürüblər.
Şahin müharibə dövründə yaşadıqları çətinlikləri danışanda düşündük ki, bu necə sevgidir ki, onun üçün hər şeyi gözə alırsan. Əsl vətənpərvərlik bu deyilmi?
Şahin deyir ki, “Bizimlə süfrə arxasında əyləşən dostumuz 3 dəqiqə sonra şəhid olurdu”
Allah bütün qazilərimizə acil şəfa versin.
Yaşasın Azərbaycan igidləri!