Qazi Rəşad Xəlilov

Qazi Rəşad Xəlilov

Kitablarda oxuduğumuz, filmlərdə gördüyümüz qəhrəmanlar bizə daim xəyal kimi gəlirdi taki Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən igidlərimizi tanıyana qədər. Əsl qəhrəmanlar onlardır.
“Cığır” İB qazilərlə silsilə görüşlərə davam edir.
Qəhrəman qazilərimizdən olan Xəlilov Rəşad Aydın oğlu 2001-ci Qazax şəhərində anadan olub.
2019-cu ildə həqiqi hərbi xidmətə çağrılan Rəşad kəşfiyyat taborunun əsgəri olub.
30 sentyabr minamyot partlaması nəticəsində yaralanan Rəşadın ürəyinin üstündə və boynunun təhlükəli hissəsində qəlpə yarası olduğuna görə əməliyyat oluna bilmir. Partlama səbəbindən hər iki qulağının pərdəsi deşilib.
Rəşadgilə qonaq olanda orada bir qazi ilə də rastlaşdıq. Onun da adı Rəşad idi. Xəlilov Rəşadı yaralı olduğu halda bağırsaqları çöldə olmasına baxmayaraq, döyüş meydanından çıxarıb.
Hər iki igidimizə baxdıqca fəxr hissi dolurdu qəlbimizə.
Rəşad yoldaşının döyüş meydanından çıxarması haqqında söz düşəndə təvazökar halda “özün çıxdın, qardaşım” deyərək onu ruhlandırmışdır.
Rəşadgilin bir-birləri ilə olan ünsiyyətləri onların necə səmimi dost olduqlarından xəbər verirdi.
“Cığır” əmanətlərimizin də qazilərlə olan görüşdə iştirak etməsi ziyarətimizi daha yaddaqalan etdi.
Onların hər biri Azərbaycanın qürur duyulan igidləridir.

Nə yaxşı ki varsınız…