“Cığır” MDİD İB könüllüləri bu dəfə qəhrəman qazi Əliyev Pərviz Natiq oğlunun ziyarətində oldu.
23 yaşlı qazimiz Daşkəsən rayonundandır.
Qazimiz Anar Mürsəlov adına 2 saylı orta məktəbi bitirdikdən sonra 18.08.2016 tarixində Bakı Mühəndislik Universitetinə qəbul olub.
Oktyabrın 10-u həqiqi hərbi xidmətə çağırılır və Vətənin keşiyini çəkir.
Füzuli istiqamətində gedən döyüşlərdə başından aldığı snayper gülləsi nəticəsində ağır yaralanıb. Buna baxmayaraq, çətinliklə də olsa səngərə gedib və orada kömək edilməsini gözləyib.
Qazimizin hazırda müalicəsi davam edir. Pərvizin igid və cəsur olduğu onun işlətdiyi sevgi dolu cümlədən hiss olunur:
“Azərbaycanın bu haqq davasında iştirak etdiyim üçün özümü xoşbəxt sayıram!”
Siz bizim qəhrəmanlarımızsınız, əziz qazilər!