“Gözəl düşüncə”də mövzumuz “Coğrafi xəritələr və müsəlmanın həyat xəritəsi” oldu.

“Gözəl düşüncə”də mövzumuz “Coğrafi xəritələr və müsəlmanın həyat xəritəsi” oldu.

Hər görüşümüzdə maraqlı və faydalı məlumatlarla bizləri təəccübləndirən “Gözəl düşüncə” layihəmizdə bu həftə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisası tələbəsi Kərimova Səmayənin təqdimatı ilə “Coğrafi xəritələr və müsəlmanın həyat xəritəsi” mövzusu üzərindən təfəkkür yolçuluğuna çıxdıq.
Belə ki, görüş əsnasında qədim dövrlərdən başlayaraq ilk xəritələrin yaranma yolları, bir sıra alimlər, o cümlədən Əl-Biruninin hətta bu gün belə özünəməxsusluğu ilə seçilən araşdırmaları ilə tanış olduq.
Müzakirələr əsnasında öyrəndik ki, əslində Quran surələr-xəritələrdən ibarət olan atlasımız, ayələr isə xəritələr üzərində həyat yolumuzu müəyyənləşdirən işarələrdir.
Davamında təqdimatçı miqyası, sonsuz böyülükdə olan kainatın kiçilərək insan qəlbində yer tapmasına bənzədərək diqqətimizi onun sosial-mənəvi həyatımızda əhəmiyyətinə yönəltdi.
Sonda dinləyicilərin müxtəlif suallarına cavab verən könüllü tələbəmiz bizləri həyat xəritəmizə yaxşı bələd olmağa və ədalət, mərhəmət, sevgiyə aparan yollar qət etməyə dəvət etdi.