Qazi İsmayıl Mikayılov

Qazi İsmayıl Mikayılov

İrəliyə…Yalnız irəliyə…Geri dönməyəcəyini bilə-bilə meydana atılmaq…Cəsarət… Qorxmazlıq… Qəhrəmanlıq…
Bu sözlər Azərbaycanın vətənpərvər, Vətən sevgisi ilə yoğrulan gəncliyini əks etdirir.
“Cığır” İB olaraq qazilərimizlə görüşlərimizin birində 27 sentyabr başlayan Vətən müharibəmizə 3 gün sonra könüllü olaraq yazılmış və Oktyabrın 5-i cəbhəyə çağırılmış qazimiz Mikayılov İsmayıl Ehdibar oğlu ilə tanış olduq, qəhrəmanımızı birlikdə tanımaqdan şərəf duyarıq.
5 Oktyabrdan etibarən Füzuli, Qubadlı, Laçın istiqamətlərində döyüşlərə atılmış igidimiz
Suarası kəndində şiddətli döyüşlərdə iştirak etmiş və qardaşlarını şəhid vermişdir. Qazimiz döyüşlərdə atıcı vəzifəsində olarkən rabitəçi lazım olan anda da könüllü olaraq bu vəzifəni yerinə yetirmişdir.
“Mühasirəyə düşmüş dəstənin ardınca gedərkən qarşıda vurulmuş tank gördük və tankı söndürmək üçün maşından endik. Həmin anda eyni raketdən bizim maşına da atdılar. Ən ağır yaralımız komada idi, çox şükür artıq ayılıbdır “,- deyən qazimiz qardaşlıq borcunu layiqincə yerinə yetirmişdir.
Noyabrın 5-i atılan raket nəticəsində baş, burun üzərindən və ayağından qəlpə yarası alan qazimiz Qubadlı, Füzuli daha sonra isə Qəbələdə müalicəsini davam etdirmişdir.
Vətən uğrunda can fəda… Bu cümlələri bizlərə canlı olaraq yaşadan Əziz qazilər, aldığınız yaraların sevgi ilə şəfa tapması ümidi ilə…