Qazi Elşən İbadzadə

Qazi Elşən İbadzadə

Vətəndaşlarımızın rahatlığının təmini üçün bir qartaltək şığıyan və düşmənlərimizi caynağına alan vətən qəhrəmanları..
“Cığır” İB-in tanıdığı və sizin də tanımağınızı istədiyi növbəti Qartal.. İbadzadə Elşən Fail oğlu.
Sentyabr ayının 27-dən etibarən könüllü olaraq cəbhəyə yollanmışdır. Füzuli ərazisindən başlayaraq cəsarətlə döyüşlərə atılmışdır.
Qazimiz : “… Hücumda olduğumuz və yerimiz əlverişsiz olduğu üçün heç kim su, yemək gətirə bilmirdi. 5 gün sonra sağ olsun əsgər qardaşlarımız çatdırdı. … Ora gələrkən şəhid, yaralı çox verdik, istiqamətimizi bildikləri üçün minamyot, snayper atəşinə tutur, tərpənməyə qoymurdular. Yanımıza kəşfiyyat gəldi və bizim aldığımız postdan onların postuna hücuma keçdi, xəbər gəldi ki, kömək lazımdır, 12 nəfər könüllü olaraq yollandıq həmin yerə. Vallah, bu ölümünə imza atmaq idi. Allahu Əkbər deyə-deyə getdik, süründük, qaçdıq nəhayət ki çatdıq.
Qəhrəmanımız döyüş zamanı qəlpə yarası alır və xəsarətdən halsız vəziyyətə düşür. 10 gün müalicədən sonra qazimiz yaralı olmasına və komandirin narazılığına baxmayaraq, çəkinmədən daha qızğın qartaltək yenidən döyüşə qatılır. Növbəti səfər bir daha minamyota tuş gələn qəhrəmanımız boğazdan qəlpə yarası, beyindən möhkəm travma, dizdən sınıq zədələriylə xəstəxanaya yerləşdirilir.
Qazimiz xəstəxanada müalicə alarkən, eşitdiyi qələbə sevincinin təəssüratlarını bizimlə belə bölüşür:” Birdən birə xəbər gəldi ki, torpaqlarımız işğaldan azad oldu, sevincimizin həddi-hüdudu yox idi. Yoxlanış üçün hospitala- Bakıya gəldim və eşitdim ki, məzuniyyət verirlər. İstəmədim, çünki bizim uşaqlar atıq Şuşada idi, ona görə də arzusunda idim oranı tez görüm və yollandım Şuşaya.
Sizin məğrurluq və mərdliyiniz qarşısında baş əyirik… Sizin sayənizdədir ki, bu gün 30 il kədər göz yaşları ilə ağlayan analarımız, bacılarımız artıq sevinc göz yaşları ilə təbəssüm edir.