“Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim”.
(Məmməd Araz)
Vətənin vətəndaşına oğul deməsi necə bir səadətdir?! İgidlər yurdu olan Azərbaycanın ən gözəl xəzinəsi onun qəhrəmanlarıdır.
“Cığır” MDİD İB qazilərlə silsilə görüşlərə davam edir.
1990-cı il təvəllüdlü Qazimiz Əliyev Seyidbala Hidayət oğlu kiçik çavuş rütbəsi ilə vətənə layiqli xidmət göstərmişdir.
Sentyabrın 29-u
Seyidbala dəstə ilə azad olunan kəndləri boşaltmaq üçün vəzifəyə yollanıb və səngərə nəzarət üçün göndəriləndə Füzuli rayonunun Qaraxanbəyli kəndində snayperin atışı nəticəsində hər iki ayağından yaralanıb. Ayaqları yelizarov aparatında olan qazimizin sol ayaq sümüyü qəlpəli sınıq, sağ ayağında isə çəpinə sınıq təyin edilmişdir.
Hidayət adlı vətənpərvər oğul övladının atası olan qazimiz oğlunun ona Allahdan ən gözəl hədiyyə olduğunu bildirdi.